Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürüldü

25 avq 2025, 15:31
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürüldü

"Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Sədərək" ticarət mərkəzi ərazisində baş verən yanğınla əlaqədar 13 nəfər təcili tibbi yardım briqadasına müraciət edib.

Bu barədə Liderxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub:

"Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 13 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan üç nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər on nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib".

Aygün Mirakif

"Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb.

Liderxeber.az xəbər verir ki, ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.