Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Azərbaycanda aylıq pensiyaların orta məbləği artırılıb

25 avq 2025, 13:13
Azərbaycanda aylıq pensiyaların orta məbləği artırılıb

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 101 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir.

Onların 64.6 faizi yaşa, 23 faizi əlilliyə, 12.4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5 faiz artaraq 538.1 manat təşkil edib və ortaaylıq əməkhaqqının 49 faizinə bərabər olub.

"Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən, 2025-ci ilin 1 yanvar tarixindən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub", - deyə məlumatda bildirilib.