Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Suyu bu şəraitdə istehsal edirmişlər - Fotolar

22 avq 2025, 16:37
Suyu bu şəraitdə istehsal edirmişlər - Fotolar

Abşeron rayonu, Qobu qəsəbəsində fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb.

Liderxeber.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Qobu qəsəbəsi, B.Səfəroğlu küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavanın tamlığının pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. 

Araşdırmalar davam etdirilir.