Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Zəngəzur dəhlizi ilə bağlı önəmli addım

22 avq 2025, 13:50
Zəngəzur dəhlizi ilə bağlı önəmli addım

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Bildirilib ki, Zəngəzur dəhlizi üçün tarixi əhəmiyyət daşıyan dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma gücünə sahib olacaq.

Xatırladaq ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə bağlı danışan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

A. Uraloğlu bu xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.

Onun sözlərinə görə, bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:

“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək”.