Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?

20 avq 2025, 17:05
İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?

Energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, sabit tarifə aid xərclər aktiv istifadəçilər tərəfindən artıq mövcud istehlak tarifləri daxilində ödənilir və bu yanaşma əsas əhali istehlakçıları arasında əlavə maliyyə yükü yaratmayacaq.

Belə olan halda, sabit xərclərin mövcud tariflərdən ayrı tətbiqi məntiqlə elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasına gətirib çıxarmalıdır.

Həmçinin sabit tarifə aid xərclərin gələcəkdə istehlak edib-etməməsindən asılı olmayaraq bütün abonentlər arasında bölünməsi aktiv istifadəçilərin bu istiqamətdə məsrəflərinin azalması deməkdir.

İqtisadçı Xalid Kərimli isə belə düşünmür. O hesab edir ki, sabit tarifin tətbiqi qiymətlərin daha aşağı templə artmasına imkan verə bilər: "Sabiq tarifin tətbiqi gələcəkdə qiymətlərin dəyişmə sürətini azaldacaq. Çünki xərclərinin bir hissəsini sabiq tarif vasitəsilə abonentlərdən əldə edən qurumlar ziyanlarının bir qismini kompensasiya etdiklərinə görə qiymət artımı sürətlə baş verməyəcək. Bu, enerjidən az istifadə edənlər üçün müsbət şərait yaradacaq".

Məsələyə Energetika Nazirliyindən aydınlıq gətirilib. Qurumdan bildirilib ki, sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır. Bununla belə, sabit tarifin gələcəkdə tətbiqinə müəyyən xərclərin elektrik enerjisi və təbii qaz tariflərindən ayrılması kimi yox, mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğrudur. Sabit tarifin gələcəkdə tətbiq olunması ilə istehlakçılar üçün mövcud tarif yükünün çox cüzi də olsa azalmasına iqtisadi zəmin yaranması ehtimalı var.