Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Hərbi prokuror DSX-nin hərbçiləri ilə görüşdü - Fotolar

19 avq 2025, 13:56
Hərbi prokuror DSX-nin hərbçiləri ilə görüşdü - Fotolar

Baş prokurorun müavini - Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşü keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Liderxeber.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət olunub. Ulu Öndərin və şəhidlərin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri iştirakçılara çatdırılıb.

Çıxışçılar sərhədçilərin peşə bayramını təbrik ediblər. Həmçinin onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmi ilə əldə olunan uğurlardan, eləcə də qüdrətli Silahlı Qüvvələrin, o cümlədən DSX-nin formalaşdırılmasından, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs ediblər.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçuların məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibətilə hədiyyələr təqdim edilib.