Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Bakı Metrpoliteni”nə sərmayə qoyuluşunu müşahidə edirik”

18 avq 2025, 16:31
“Bakı Metrpoliteni”nə sərmayə qoyuluşunu müşahidə edirik”

Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyəti metrodan istifadə edir. Metro Bakıda avtomobillərin yaratdığı tıxac və sıxlığın fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm rol oynayır. 

Liderxeber.az xəbər verir ki, məhz buna görə də “Bakı Metropoliteni” hazırda yüksək templə inkişaf edir. Yeni qatarların alınması, rəqəmsal idarəetmə, intervalın azaldılması, daha dəqiq və optimallaşdırılmış sistemə keçid, xidmət keyfiyyətinin artırılması əsas prioritetlərdəndir. Deputat Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, “Bakı Metropoliteni”nin infrastrukturunun inkişaf etdirilməsi və eyni zamanda stansiya saylarının artırılması, xüsusən də paytaxtda nəqliyyatın inkişafı dövlət proqramının əsas istiqamətlərindəndir: 

“Burada təbii ki, məqsəd bir tərəfdən paytaxtda tıxac və sıxlığın aradan qaldırılmasında metro xidmətinin rolunun artırılması, digər tərəfdən isə metroda xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Xüsusən də son illər biz intensiv olaraq “Bakı Metrpoliteni”nin infrastrukturunun genişləndirilməsi ilə bağlı sərmayə qoyuluşunun həyata keçirilməsini müşahidə edirik. Bu, eyni zamanda metroda xidmətə təsirsiz ötüşmür. Bu, həm də paytaxtda daha çox ərazilərə çıxış imkanlarını artırmaqdan ibarətdir”. Millət vəkilinin sözlərinə görə, xüsusilə Avropa ölkələrinin təcrübəsi göstərir ki, metro iri şəhərlərdə tıxacın aradan qaldırılmasında mühüm rola malik olur: “Bu kontekstdən sözsüz ki, metropolitenin inkişafı ilə bağlı fəaliyyət yüksək qiymətləndirilməlidir. Təbii ki, bu, davamlı bir prosesdir. Çünki daha çox ərazilərə stansiyaların açılması proritetdir. Ona görə də dövlət proqramının tələblərinə uyğun olaraq fəaliyyət genişlənir”. Qeyd edək ki, “Bakı Metropoliteni subsidiya ilə işləyir. “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, bu il dövlət büdcəsindən metroda sərnişindaşıma xidməti üzrə gedişhaqqı tariflərinin artımı da nəzərə alınmaqla, “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün 27,7 milyon manat subsidiya ayrılıb.