Son Xəbərlər
Aktyor Elcan Rəsulov xəstəxanalıq olub. LiderXəbər.az xəbər verir ki, o, bu
Ceyhun Bayramovla ATƏT sədri arasında geniş tərkibli görüş keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət
Çoxəsrlik tariximizin ən parlaq səhifələrinin yazıldığı 44 günlük Vətən
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi
"STARTECH 2024": Naxçıvanda qızlar üçün Femmes Digitales regional
Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır. LiderXəbər.az xəbər verir ki,
Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən,
banner

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib, 7-si ölüb

02 iyn 2023, 09:57
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib, 7-si ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.