Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Neftçalada 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

01 iyn 2023, 19:06
Neftçalada 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Neftçala rayon Təhsil Sektoru, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Neftçala RİH-in məsul şəxsləri, şəhid ailələri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.

İlk öncə Ümummili liderimiz Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirdə məktəblilərin hazırladıqları rəsm əsərlərinə, idman nömrələrinə və digər sərgilərə baxış keçirilib və  Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Salyan Dövlət Kukla Teatrının kollektivinin  maraqlı tamaşaları ilə uşaqları sevindiriblər  və tədbirin sonunda xatirə şəkili çəkilib.