Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 avq 2025, 10:48
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Belə ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.

Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.