Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

13 avq 2025, 15:18
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.

Liderxeber.az xəbər verir ki, sözügedən tərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlar yaradaraq Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.

“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcı aviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımız sərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahət imkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimiz arasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”, – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Uçuşlar haqqında əlavə məlumatı www.azal.az  www.gulfair.com rəsmi saytlarından əldə etmək mümkündür.