Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir

12 avq 2025, 14:52
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir

2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.

Liderxeber.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. 

Bildirilib ki, növbəti müsabiqənin 22 avqustda keçirilməsi planlaşdırılır. 

Qeyd edirik ki, 29 iyul – 4 avqust tarixlərini əhatə edən sənəd qəbulu prosesi bitib. Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.

Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər.

Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. İndiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.

Əlavə olaraq bildirək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.