Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Azərbaycanın şimal və şimal-qərb rayonlarında yeni milli parklar yaradılır

23 may 2023, 15:39
Azərbaycanın şimal və şimal-qərb rayonlarında yeni milli parklar yaradılır

"Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb".

LiderXəbər xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bioloji müxtəlifliyin mühafizəsi istiqamətində qəbul edilmiş bütün konvensiyalara qoşulub və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”.