Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər

20 may 2023, 15:54
Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.

LiderXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün X.Mustafayevi kollektivə təqdim edəcəklər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. O, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.