Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Dövlət Komitəsinin sədri boşanmaların artmasının əsas səbəbini açıqlayıb

19 may 2023, 11:02
Dövlət Komitəsinin sədri boşanmaların artmasının əsas səbəbini açıqlayıb

“Boşanmaların sayının artması hər birimizdə narahatlıq doğurur”.

LiderXəbər-in xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur: “Bəzən bir tərəf ayrılmağa razı olmur və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir. Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alınır. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun".

B.Muradova qeyd edib ki, 2021-ci ildə 56314 nikah, 17191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61939 nikahdan 15983-ü pozulub: “Boşanmaların sayının artması hər birimizdə narahatlıq doğurur”