Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Azərbaycanda selektiv abortla bağlı vəziyyət ürəkaçan deyil, qızların sayı kəskin azalıb

12 may 2023, 12:17
Azərbaycanda selektiv abortla bağlı vəziyyət ürəkaçan deyil, qızların sayı kəskin azalıb

"Ən uğurlu” abort da təhlükəlidir".

LiderXəbər xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz eyib.

Onun sözlərinə görə, abortların qarşısının alınması üçün əsas profilaktik tədbirlərdən biri ailə planlamasının həyata keçirilməsidir: "Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Çox təəssüf ki, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil. Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”.

Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən B.Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirir: “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”.

Selektiv abort üzrə də ölkədəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini bildirdi: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir.

Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər.

Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”