Mayın 10-da xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Liderxəbər xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.