Son Xəbərlər
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
"Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə
Bakıda güclü külək ağacı qopararaq parklanmış avtomobillərin üzərinə atıb.
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və
banner

Sabahdan I siniflərə şagird qəbuluna start veriləcək

10 may 2023, 11:04
Sabahdan I siniflərə şagird qəbuluna start veriləcək

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq.

Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.

Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək.