Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Həbs edilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb

04 may 2023, 18:06
Həbs edilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb

Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb.

LiderXəbər-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb. Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə barəsində iş açılmış M.Ağayev sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərib Nadirova isə 4 il 3 ay həbs cəzası verilib.

Qeyd edək ki, məlum torpaq qalmaqalı həyatda olan 2 qadının ölmüş şəxs kimi qeydiyyata alınaraq onların adına olan torpaqların mənimsənilməsi faktı üzə çıxdıqdan sonra yaranmışdı. Bundan sonra çoxsaylı digər qanunsuz əməllər də üzə çıxıb. Türkan qəsəbəsi və ətraf ərazilərdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir neçə nəfər, həmçinin qəsəbənin icra nümayəndəsi də daxil olmaqla müxtəlif şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, bu işlə bağlı tutulanlar qəsəbədə Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda təqsirləndirilirlər.