Son Xəbərlər
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının
banner

7 yaşlı Fəridin ölüm səbəbi açıqlandı

02 may 2023, 15:46
7 yaşlı Fəridin ölüm səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb. 

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib:

“Daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb.

Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.

Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.

Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub”.