Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin
Bakıda keçirilən COP29 iqlim konfransında Cənubi Asiya ölkələrinin “COAST”
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının
banner

Deputat: Ölkəmizdə bəzi özəl tikinti şirkətləri fırıldaqçılıqla məşğul olurlar

02 may 2023, 14:10
Deputat: Ölkəmizdə bəzi özəl tikinti şirkətləri fırıldaqçılıqla məşğul olurlar

Son zamanlar tikinti şirkətlərinin vətəndaşlara güzəştli şərtlərlə mənzil təklifi artıb. Aparılan kampaniya diqqət çəkməyə bilməz. Amma əksər hallarda vətəndaşlara təklif edilən mənzillər hələ tikintisi ya başa çatmayan, ya da ümumiyyətlə, tikintisinə başlanılmayan binalardandır.

Bir neçə müddətdən sonra binaların tikintisinin başa çatdırılacağı vəd edilir. Amma Azərbaycan təcrübəsində isə tikinti şirkətinin vəd verdiyi müddətdə işi başa çatdırdığı və mənzilləri təhvil verdiyi az hallarda rast gəlinir. Vətəndaşlarla imzalanan müqavilələrdə isə mənzillərin təhvil verilməsi müddəti göstərilmir. Bu isə tikinti şirkətinin verdiyi vəd keçdikdən sonra vətəndaşı çarəsiz buraxır. Vətəndaş verilən vədin imzalı şəkildə əksini tapmaması, yəni müqavilədə göstərilməməsi üzündən məhkəməyə müraciət edə bilmir. Mənzilin zamanında təhvil verilməməsi vətəndaşa maddi ziyan da vurur. Kirayə qalan ailələr mənzilləri hazır olmaması üzündən qeyri-müəyyən müddət kirayədə qalmağa məcbur olurlar. Məsələn elə özəl şirkətlərdən biri də “Bakı İnşaat” MMC-dir.

Şirkətlə bağlı vətəndaşlar Azərbaycan parlamentinin üzvü Rüfət Quliyevə müraciət ediblər. Bu gün Azərbaycan Respublikasının Milli Məclisində keçirilən plenar iclasında Millət vəkili Rüfət Quliyev vətəndaş şikayətləri əsasında şirkətlə bağlı çıxış edib.

Belə ki, vətəndaşlar şirkətin 75-80 kV ² bağ evinin tikintisi ilə bağlı Milli Məclisin üzvü Rüfət Quliyevə müraciət ediblər.

Bununla bağlı Millət vəkili Rüfət Quliyev “Yeni Gundem”-ə eksklüziv açıqlama verib.

Milli Məclisin deputatı Rüfət Quliyev şirkətlə bağlı vətəndaşdan 3 ay bundan öncə şikayət aldığını bildirdi.

“Bu gün bununla bağlı çıxışım oldu. Məsələyə operativ yanaşan ilk jurnalistsiniz. Ölkəmizdə çox böyük işlər gedir. Sevindirici haldır ki, bu gün tikinti işləri çoxalır. Burada özəl şirkətlərin çox böyük payı var. Ancaq nədənsə bəzi özəl şirkətlərin mənfi işləri də var. Onlar fırıldaqçılıqla məşğul olurlar. Onlardan biri də “Bakı İnşaat” MMC-dir. Məclisdə onun adını çəkdim. Müdirində adını çəkmişəm. Şirkətlə bağlı 3 aydır ki, şikayət almışam. Köməkçimdən xahiş etdim ki, əlaqə saxlasın məsələ ilə məşğul olsun. Pul ödənilibsə, tikinti niyə getmir?. Niyə gizlənir? Qanuni yollara əl atanda bildirdi ki, verin məhkəməyə. Bu kimi şirkətlər var. Bunların işi camaatın pulunu alıb, gizlənməkdir. Mənim köməkçim Bəxtiyar müəllim şirkətin direktoruna zəng edib, o cavab vermir. Zahir Əsgərov adlı şəxs oranın direktorudur. Niyə qaçır? Nədən qaçır? Suallara niyə cavab vermir?.

R.Quliyev şirkətlə bağlı sözlərinə davam edərək, vurğuladı ki, belə şirkətlərə iş görmək üçün müraciət edənlər pullarını hamısını verməsinlər

“Hələ “Bakı İnşaat” MMC Ramazan ayında güzəştli satışlar edir. Bu nə deməkdir? Bu necə ritorikadır? İnsanlar nə etsinlər ? Məhkəmə illərdir ki, gedir. Evsiz-eşiksiz qalıblar. Pullar verilib. Birazdan deyəcəklər ki, inşaat materiallarının qiyməti bahalaşıb. Lori dildə desək onlar “Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Həsənin başına” qoyurlar. Sadəcə vaxt uzadırlar. Pulları özləri üçün xərcləyirlər. Belə şirkətlərə iş görmək üçün müraciət edənlər pullarını hamısını verməsinlər. Gedin yoxlama aparın. Əfsuslar olsun ki, belə şirkətlərin sayı çoxdur. Məhkəməyə vermək lazımdır. Məhkəmənin qərarı alidir. Ancaq özümüzü aldatmayaq. Məhkəmənin son qərarından sonra illər keçəndən sonra işlər bəlkə həllini tapacaq. Bu kimi problemlərin qarşısını almaq üçün ictimai qınaq güclənməlidir. İnsanlar belə şeyləri yaxşı bilməlidirlər”,-deyə o qeyd edib.

Məsələ ilə bağlı “Bakı İnşaat” MMC-yə zəng etdik. Şirkətdən “Yeni Gundem”-ə bildirildi ki, vətəndaşların şikayətləri araşdırılır.

Faktla bağlı qarşı tərəfin hər hansı cavabı olsa dərc etməyə hazırıq.