Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Şəhid anasından Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə təşəkkür

01 may 2023, 19:20
Şəhid anasından Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə təşəkkür

I Qarabağ müharibəsi şəhidinin anası, Lerik rayon sakini Elmira İbadova TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına uzun müddətdir ki, əziyyət çəkdiyi kəskin tənəffüs yetməzliyi, aşağı ətraflarda ödem, sidik ifrazının olmaması kimi şikayətlərlə ağır vəziyyətdə müraciət edib.

LiderXəbər xəbər verir ki, xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova xəstəni müayinə edərək ona şəkərli diabetin 2-ci tip ağır forması, ürəyin xroniki işemik xəstəliyi, stend implantasiyasından sonrakı vəziyyət, durğunluq ağciyəri, diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı diaqnozlarını qoyub.

On iki gün ərzində endokrinologiya şöbəsində aparılan konservativ müalicə üsulu ilə xəstənin səhhətində müsbətə doğru dəyişikliklər qeydə alınıb. Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə, xəstəxananın endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətovaya və həmin şöbənin əməkdaşlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Elmira İbadovanın oğlu Sarvan İbadov 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.