Son Xəbərlər
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın

"Global Media Group"a qarşı növbəti kiberhücumun da qarşısı alınıb

24 fev 2025, 09:00
"Global Media Group"a qarşı növbəti kiberhücumun da qarşısı alınıb

"Global Media Group"a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.

Məlumat verdiyimiz kimi bunun nəticəsində "Report.az", "Oxu.az", "Media.az", "Caliber.az", "Baku.ws" saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.

Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.

Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.

Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.

Redaksiya heyətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlarımızın işini tam bərpa edəcəyik!