Son Xəbərlər
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

06 mar 2023, 13:16
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Liderxəbər xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.