Son Xəbərlər
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın

Aytən Leylaqızı: Maddi zənginlik keçicidir

14 fev 2025, 11:36
Aytən Leylaqızı: Maddi zənginlik keçicidir

"İnsan özünü zəngin hiss etməlidir, amma bu zənginlik maddiyatla ölçülməməlidir".

Bu barədə Aytən Leylaqızı tədbirlərin birində Milli.Az-ın əməkdaşının "Aytən xanım zəngilinliyi maddiyat ilə ölçür, yoxsa insanın daxili zənginliyi olmalıdır?" sualını cavablayarkən deyib.

Onun sözlərinə görə, maddi zənginlik keçicidir, vicdanın zənginliyi isə əsl gücdür:

"Var-dövlət bu gün var, sabah isə yoxdur. Heç kəs, heç nəyi sığortalamayıb. Həyatın ən vacib məqamlarından biri də odur ki, dünənin uğurları və ya bu günün zənginliyi heç bir zaman gələcəyin təminatı ola bilməz. Nə var-dövlət, nə də maddi sərvətlər insanı hər zaman güvənə sala bilər. Bu həyatı vicdanlı yaşamaq lazımdır ki, gecə yerinə keçəndə, öz vicdanınla baş-başa qalanda qəlbin sızıldamasın, gözlərin qorxudan qapanmasın. Vicdanın sənin ən əhəmiyyətli sərvətindir və bu sərvətə sahib olmaq insanı hər şeydən, hər kəsdən daha güclü edir. Çünki vicdanlı bir insan, heç zaman etdiyi səhvlərdən qorxmaz, yalnız doğru yolu seçməkdən, dürüst yaşamaqdan çəkinməz. Mən düşünürəm ki, vicdanlı olmaq nə var-dövlətə, nə də kasıblığa bağlıdır. İnsan özünü zəngin hiss etməlidir, amma bu zənginlik maddiyatla ölçülməməlidir. Əsas odur ki, ruhun və vicdanın varlı olsun. Çünki maddi zənginlik keçicidir, amma vicdanın zənginliyi sənin əsl gücün və əbədi sərvətindir".