Son Xəbərlər
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron

"HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib

29 dek 2024, 16:41
"HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib

"HaberGlobal"ın efirində AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı müzakirə aparılıb.

Liderxeber.az məlumatına görə, müzakirədə iştirak edən türkiyəli general Yücel Karauz deyib ki, Rusiya qəzalı vəziyyətə düşən təyyarənin Qroznı və digər hava limanlarında enişinə icazə verməyənləri hüquq qarşısında cəzalandırmalıdır.

"Qəza baş verəndən andan verilən açıqlamalardan görünür ki, təyyarə qəsdən vurulmayıb. Təyyarə qəza anı yaşayan kimi pilot öncəliklə eniş üçün liman axtarır. Əgər pilot bilsəydi ki, təyyarəni yaxın limanlara endirə bilməyəcək, o zaman elə Bakıya qayıdardı. Rusiya bu işdə günahkar şəxsləri açıq şəkildə aşkara çıxarmalıdır. İlham Əliyevin liderliyi ilə Azərbaycan qəza baş verən andan açıq, şəffaf və beynəlxalq sferada öz xalqının haqqını axtarır".

O əlavə edib ki, Rusiyanın hadisə ilə bağlı Azərbaycana üzrxahlığı İlham Əliyevin başçılığı ilə inkişaf edən bu ölkənin dövlət-xalq-lider birliyinin nəticəsidir.

Müzakirədə iştirakedən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib ki, qəzadan sonra Azərbaycan rəsmiləri dərhal hadisə yerinə gedərək qəzanın quş sürüsü səbəbindən baş vermədiyini bilib:

"Azərbaycanın qətiyyəti ilə Rusiya açıqlama verdi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana böyük önəm verir. Bunu 44 günlük Vətən müharibəsində də gördük. İki ölkə arasında hər hansı bir problemlər yoxdur. Burada Qroznı hava limanındakı səlahiyyətlilər günahkardır".

Sabiq səfir əlavə edib ki, bundan sonra Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilsə, həm Azərbaycan xalqı, həm də həlak olan şəxslərin ailələri mənəvi cəhətdən daha rarahat olacaqlar.

Daha ətraflı videoda: