Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“Neftçi” İdman Klubu Uşaqlar Gününü qeyd etdi - Fotolar

01 iyn 2026, 16:16
“Neftçi” İdman Klubu Uşaqlar Gününü qeyd etdi - Fotolar

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Liderxeber.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Neftçi” İdman Klubu və “ADA Primary School”un tərəfdaşlığı ilə keçirilən şənlik uşaqlar üçün əsl bayram coşqusunun yaşandığı rəngarəng bir məkana çevrilib. 

Gün ərzində maraqlı oyunlara, idman yarışlarına və musiqili şoulara qatılan balacalar həm maraqlı vaxt keçirib, həm də fərqli interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.
Qoruq ərazisində yaradılan idman, yarış və yaradıcılıq zonalarında uşaqlar minifutbol, basketbol, penalti turnirlərində və şahmat yarışlarında güclərini sınayıb, reaksiya oyunları ilə komandalararası müsabiqələrə qoşulublar. Böyük maraqla qarşılanan üzboyama, topların rənglənməsi və sənətkarlıq emalatxanalarında isə balacalar öz xəyal dünyalarını əks etdirmək imkanı qazanıblar. Animatorların çıxışları, hodulist şouları, DJ performansı, əl işlərindən ibarət sərgi və canlı orkestrin ifaları bayramın coşqusunu daha da artırıb. Bunlarla yanaşı, şənlik boyu fəaliyyət göstərən xüsusi iaşə zonasında uşaqlara sevdikləri bayram təamları təqdim olunub.

Tədbirə qatılan tanınmış idmançılar – “Neftçi” İdman Klubunun təmsilçiləri – cüdo üzrə Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirib, imza mərasimində iştirak edib və onlarla motivasiyaedici tövsiyələrini bölüşüblər.