Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Medianın İnkişafı Agentliyində xarici nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib

28 avq 2023, 17:47
Medianın İnkişafı Agentliyində xarici nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib

Avqustun 28-də Medianın İnkişafı Agentliyində Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya, Albaniya və Gürcüstanın nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.

LiderXəbər xəbər verir ki, görüşdə Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarını təmsil edən Alpaslan Duven, Albaniyanın “infowebmedia” rəqəmsal platformasının təmsilçisi Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının nümayəndəsi Avtandil Otinaşvili iştirak edib.

Xarici jurnalistlərə ölkəmizdə media sahəsində həyata keçirilən islahatlardan, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.

Görüşdə media sahəsində əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.