Son Xəbərlər
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın
“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubunda
İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Ötən gecə Rusiya paytaxtı və Moskva vilayəti kütləvi şəkildə pilotsuz uçuş
Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında
Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə çoxdan gözlənilən rəsmi
ABŞ İraq və İordaniyada öz hərbçilərinin həlak olmasından sonra İranla
Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə
Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. Liderxeber.az

Hər seriyaya görə milyonlar qazanırlar - Siyahı

08 apr 2026, 11:09
Hər seriyaya görə milyonlar qazanırlar - Siyahı

Türkiyə serial sənayesində büdcələrin artması aktyorların qazancına da təsir edib.

Liderxeber.az xəbər verir ki, 2026 mövsümü üçün sənaye dairələrində dolaşan məlumatlara görə, bəzi məşhur aktyorlar epizod başına 4 milyon TL-dən (təxminən 153 min manat) çox maaş alır.

Bildirilir ki, Kıvanç Tatlıtuğ və Kenan İmirzalıoğlu siyahının başındadır və hər bölüm üçün milyonlarla TL qazanırlar. Çağatay Ulusoy da yüksək maaşlı aktyorlar arasında yer alır.

Son illərdə türk seriallarının beynəlxalq satışlarının artması və rəqəmsal platformalara yatırımların yayılması aktyor maaşlarının rekord səviyyəyə çatmasına səbəb olub. Xüsusilə böyük pərəstişkar bazasına malik yüksək reytinqli layihələrdə rol alan aktyorların hər bölüm üçün ödənişləri milyonlarla TL təşkil edir.

Gənc aktyorlar da bu siyahıda yer alır: Afra Saraçoğlu və Mert Ramazan Demir son dönəmlərdə məşhur seriallarla adlarını tanıdaraq yüksək maaş qazanmağa başlayıblar. Qadın aktyorlar arasında isə Demet Özdemir və Hande Erçel ən yüksək ödənişlərə malikdirlər.

Ən çox qazanan aktyorlar və hər seriyaya görə maaşları belədir:

Kıvanç Tatlıtuğ: 4.000.000 - 4.500.000 TL (təxminən 153-172 min manat),

Kenan İmirzalıoğlu: 4.000.000 TL (təxminən 153 manat),

Çağatay Ulusoy: 3.000.000 - 3.500.000 TL (təxminən 114-133 min manat),

Afra Saraçoğlu: 2.500.000 TL (təxminən 95 min manat),

Mert Ramazan Demir: 2.500.000 TL (təxminən 95 min manat),

Demet Özdemir: 2.000.000 TL (təxminən 76 min manat),

Hande Erçel: 1.750.000 TL (təxminən 67 min manat),

Ozan Akbaba: 1.500.000 TL (təxminən 57 min manat),

Akın Akınözü: 1.500.000 TL (təxminən 57 min manat),.

Sinem Ünsal: 1.000.000 TL (təxminən 38 min manat)