Son Xəbərlər
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron

Halit Ergenç və Rıza Kocaoğlu məhkəməlik oldular: 4 ilə qədər həbsləri istənildi

13 mar 2025, 10:00
Halit Ergenç və Rıza Kocaoğlu məhkəməlik oldular: 4 ilə qədər həbsləri istənildi

Türkiyədə bir çox məşhurların meneceri olan Ayşə Barımla bağlı "Gezi" istintaqında şahid kimi ifadə verən məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun işi məhkəməyə göndərilib.

"Muhteşem Yüzyıl"ın ulduzu üçün 2 ildən 4 ilə qədər həbs cəzası tələb olunur.

Liderxeber.az bu barədə "Haber Global"a istinadla xəbər verib.

Bildirilir ki, Ergençə qarşı Ayşe Barım məhkəməsində "yalançı şahidlik" maddəsi ilə ittihamnamə hazırlanıb və qiymətləndirilmək üçün İstanbul Cəza Məhkəməsinə göndərilib.

Aktyorun özü bununla bağlı açıqlama verməyib.

Xatırladaq ki, ötən günlərdə Ayşe Barım haqqında "Gezi Parkı" etirazlarının planlaşdırıcılarından olduğu iddiası ilə istintaq başladılıb. Onun menecerlik etdiyi səkkiz aktyor, o cümlədən Halit Ergenç, Bergüzar Korel, Nehir Erdoğan, Dolunay Soysert, Rıza Kocaoğlu, Mehmet Günsür, Ceyda Düvenci və Nejat İşler şahid qismində ifadə veriblər. Onların arasında Halit Ergenç və Rıza Kocaoğlu haqqında "yalançı şahidlik" ittihamı ilə istintaq başlanılmışdı. Adıçəkilən aktyorlar müstəntiqlərə "Gezi Parkı" etirazlarına öz iradələri ilə qatıldıqlarını söyləmələrinə baxmayaraq, hadisələr başladığı dövrdə Barım ilə sıx əlaqədə olduqları müəyyən edilib. Bununla yanaşı, onların Barımı qorumaq məqsədilə yalan ifadə verdikləri vurğulanıb.