Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Tanınmış müğənni narkotikin təsiri altında maşın sürdüyünə görə saxlanılıb

08 apr 2023, 10:49
Tanınmış müğənni narkotikin təsiri altında maşın sürdüyünə görə saxlanılıb

Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

LiderXəbər Avtosfer.az-a istinadən xəbər verir ki, araşdırma zamanı sükan arxasında əyləşən şəxsin tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub. 

 Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı Ruzigarın narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sənətçi bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan zaman qəbul edib: “Çox güman ki, qanda qalıb”.

Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir Əmirov bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanılıb və qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib: “Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür”.