Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Aktyor: Ümid edirəm, ölməmişdən bir gün öncə fəxri adım olacaq

12 may 2023, 09:46
Aktyor: Ümid edirəm, ölməmişdən bir gün öncə fəxri adım olacaq

Hər ilin may ayında incəsənət xadimləri üçün təsis olunmuş Prezident mükafatı bu il aktyorlar arasında narazılığa səbəb olub.

LiderXəbər Kulis.az-a istinadən xəbər verir ki, bir çox teatrlarda mükafatları bir qayda olaraq eyni adamlar alır. Təqdimatı teatr rəhbərliyi Mədəniyyət Nazirliyinə göndərir. Yəni aktyorların giley-güzarına səbəb olan qurumlar əslində teatr və nazirlikdir.

“Niyə sizə mükafat və ya fəxri ad verilmir?” sualına aktyor Rəşad Səfərov “yəqin mən bu ada layiq deyiləm, yəqin yaxşı aktyor deyiləm, yəqin istedadım çatmır” deyə cavab verdi. O bildirdi ki, hələ təhsil aldığı illərdən tamaşalarda rol almasına baxmayaraq, bu günə qədər heç bir fəxri mükafata layiq görülməyib.

“1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Oxuduğum illərdə də teatrda çalışırdım. 2001-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram teatrında, 2005-ci ildə Şuşa Musiqili Dram Teatrında, 2006-cı ildə isə Dövlət Gənclər teatrında aktyor kimi fəaliyyətdə olmuşam. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoruyam. Çoxlu sayda tamaşalarda baş rollarda oynamış, film, serial və kliplərdə çəkilmişəm. 2014-cü ildə Binəqədi rayonu Xocasən mədəniyyət evinə direktor təyin olunmuşam.

Qazi oğluyam. Artıq 45 yaşım var. Və atamın qoyduğu addan başqa heç bir mükafatım yoxdur.

İllərimi bu sənətə vermişəm. Bu yaşda heç bir adımın, mükafatımın olmaması məni əlbəttə küsdürür, incidir, qiymət verilməməsi insanı damla - damla öldürür. Ümid edirəm, ölməmişdən bir gün öncə fəxri adım olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, Prezident mükafatı aktyorların maddi rifahına dəstək məqsədilə təsis edilib və 500 manat məbləğindədir. Mükafatı alan aktyor il ərzində öz maaşı ilə yanaşı bu məbləği də alır.