Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

27 fev 2025, 16:43
Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

“Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Liderxeber.az-a verilən məlumata görə, bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir. 

“Ookla”® şirkətinin rəsmi səhifəsində yayımlanan hesabatda “Aztelekom”un bu nailiyyətinin 2024-cü ilin 3 və 4-cü rübləri ərzində bütün ölkə ərazisini əhatə edən 306885 abunəçinin müxtəlif tətbiqlər və avadanlıqlar vasitəsilə icra etdiyi 4,389,339 sürət testinin nəticələrinə əsasən müəyyən edildiyi qeyd olunub. 

Testlərin nəticələrinə əsasən, ölkə üzrə Ən Yüksək Yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.

Qeyd edək ki, “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsinin operatorlarından biridir. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 13 dəfə artırılaraq ölkə üzrə 230 mindən 2.97 milyona çatdırılıb. 

Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrə genişzolaqlı internetin sürətində müsbət dinamika davam edərək 17.2 Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və layihə müddətində 4 dəfə artım qeydə alınıb.