Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı

17 fev 2025, 11:08
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.

Liderxeber.az xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azercell Telekom”, “Bakcell”, “Paşa Bank”, “Azerlotereya”, “Lukoil-Azərbaycan” kimi şirkətlərin də adı var.

Siyahıya dair şərh verən deputat Vüqar Bayramov bildirib ki, Dövlət Vergi Xidməti növbəti dəfə siyahı açıqlayan zaman ümumi yüzlük deyil, siyahıların “qeyri-neft” və “qeyri-dövlət” üzrə qruplaşdırılması daha məqsədəuyğun olar.

Deputat qeyd edib ki, vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var:

“Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-yə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”.

Sözügedən siyahını təqdim edirik: