Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb

11 fev 2025, 11:00
Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.

Liderxeber.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,7 % artaraq 84,2 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 10,4 % artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 44,3 % artaraq 22,2 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17,5 % artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 34,9 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39,2 %, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri isə 52,4 % artıb.