Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir

31 yan 2025, 16:17
Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir

Tədbirdə "Azərbaycan Hava Yolları" ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.

Sərgi çərçivəsində keçirilən "Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar" adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.

Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir. 

2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 2023-cü illə müqayisədə 2 dəfən çox artımdır.