Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

31 yan 2025, 15:47
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.

Belə ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.

6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat «yaşıl enerji»nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və «Nadirxanlı», Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və  “Ağbulaq-1”  su elektrik stansiyalarının tikintisi başa çatıb.