Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Üzüm bağlarında ting əkini işləri davam etdirilir

18 apr 2024, 14:19
Üzüm bağlarında ting əkini işləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun ampeloqrafik üzüm bağında mövsümü aqrotexniki, aqrokimyəvi, proflaktiki bitki mühafizə, torpaq becərmə, ting əkini işləri davam etdirilir.

LiderXəbər xəbər verir ki, təsərrüfatlarda zərərvericilərin qışlayan törədicilərinə qarşı kimyəvi mübarizə aparmaq üçün tənəklərə emusiyalaşdırılmış yağlardan (Hekvidor OİL 35-40 l/ha, VOLK-92 35-45 l/ha) və müvafiq insektisidlərdən (Poliqor 2,0-2,5 l/ha, Megaban 2,0-2,5 l/ha, Alban 2,0-2,5 l/ha və s.) istifadə müsbət nəticə verir. Bunu nəzərə alaraq institutun Abşeron Yardımçı Təcrübə Təsərrüfatınada tənəklərdə tumurcuqların açılmasından qabaq yuxarıda adı çəkilən proflaktiki kimyəvi mübarizə tədbiri həyata keçirilmişdir. Yarpaq töküləndən yazda tumurcuqlar şişənə qədər olan dövrdə ziyanvericilərin qışlayan törədicilərinə qarşı bir mübarizə tədbirinin aparılması vegetasiya dövründə aparılan mübarizə tədbirlərinin sayını 2-3 dəfə azaltmış olur. Həmçinin, payızda yarpaq tökülən dövrdə aparılan mübarizə tədbirləri ilk yazda tumurcuqlar şişənə qədər aparılan mübarizə tədbirlərindən daha səmərəli olur.

Qış-ilkin yaz mövsümündə aparılan inteqrir mubarizə tədbirlərini əhəmiyyəti: Üzüm xəstəlikləri törədiciləri tənəyin mərhələlərinə uyğunlaşıb yaşayır, parazitlik edir. Xəstəlik törədicilərinin harda qışlamasını, yazda nə vaxt oyanmasını, vegetasiya müddətində hansı şəraitdə artıb çoxalmasını, əvvəl bitkinin hansı orqanlarını zədələnməsini və s. yaxşı bilməyən kənd təsərrüfatı mütəxəsisi heç vaxt aqrotexnikanı, kimyəvi-bioloji mübarizə tədbirlərini lazımi səviyyədə apara bilməz.

Buna misal olaraq üzümə çox ziyan vuran mildiu xəstəliyinin törədicisini göstərmək olar. Payızda soyuqlar düşəndən tumurcuqlar oyanana qədər parazitin qışlaması ancaq sirayətlənmiş yarpaqlarının toxumaları daxilində keçir. Yerə tökülən yarpaqlar şum zamanı bitki araları və cərgə araları bellənərkən torpağa basdırılmalı, parazitin qışlama mənbəyi məhv edilməlidir. Yarpaqları təmizləmək mümkün olmadıqda mütləq parazitin bu mənbəyini tənəyin nisbi sükunət dövründə məhv etmək üçün üzümlüklərdə torpağın üst səthi 2-3% nitrofen, 4-5%-li dəmir kuporosu məhlullarından biri ilə çilənməlidir.

Bir çox ev təsərrüfatları dərmanlardan istifadə etmədən üzümdən məhsul almaq istəsələr də, əksər hallarda bu mümükün olmur. Məhsul sonda çürüyərək itkiyə məruz qalır. Onlar bir tərəfdən haqlıdırlar. Hesab edirlər ki, kimyəvi preparatlar məhsulları zəhərləyir. Lakin Azərbaycan şəraitində, xüsusən də şpaler və çardaq becərmə sistemlərində kimyəvi çiləmələr aparmadan sağlam məhsul əldə etmək olmur. Amma qədim becərmə sistemi olan ağaclara dırmaşdırılmış şəkildə və xiyaban sistemində tənəklər hündürə qalxdığından və havalanma normal getdiyindən əksər illərdə tənəklər göbələk xəstəliklərinə tutulmurlar.