Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Neftçalada şəhid Kamran Hüseynovun il mərasimi qeyd olunub

05 mar 2024, 09:49
Neftçalada şəhid Kamran Hüseynovun il mərasimi qeyd olunub

2023-cü ilin mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun il mərasimi qeyd olunub.  

Şəhidin il mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.  

Məlumat üçün bildirək ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.   Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.