Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ABADA Beynəlxalq Forumda təmsil olunub

03 okt 2025, 11:10
ABADA Beynəlxalq Forumda təmsil olunub

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunun işinə qatılıb

Liderxeber.az xəbər veriri ki, tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri Həbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərini bölüşüb.  ABADA rəhbəri Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, normativ-hüquqi islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, bir pəncərə sistemləri avtomobil daşımalarının sürətləndirilməsinə xidmət etmiş olacaq. H. Həsənov həmçinin beynəlxalq əməkdaşlıqda assosiasiyaların rolu, bu istiqamətdə ABADA-nın perspektivləri mövzularına da toxunub. 
Qeyd edək ki, 30 Sentyabr ‑ 2 oktyabr tarixləri arasında baş tutan mötəbər Forumun məqsədlərindən biri Trans-Avrasiya nəqliyyat marşrutlarının gələcəyini müzakirə etmək, Qazaxıstanın beynəlxalq tranzit rolunun artırılması və nəqliyyat‑logistika sektorunda beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır. Forumda Avstriya, Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Hindistan, Çin, Latviya, Litva, BƏƏ, Pakistan, Rusiya, Rumıniya, ABŞ, Türkmənistan, Türkiyə, Özbəkistan, İsveçrə, Estoniya kimi ölkələrin dövlət nümayəndələri iştirak edib.
Ölkəmizi tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edib.