Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Sabahdan Bakıda balıq yarmarkası fəaliyyət göstərəcək

11 sen 2025, 10:51
Sabahdan Bakıda balıq yarmarkası fəaliyyət göstərəcək

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin iştirakı ilə Bakı şəhərində balıq yarmarkası keçiriləcək.

Liderxeber.az xəbər verir ki, yarmarka 12–14 sentyabr tarixlərində paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək.

Yarmarkada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunacaq.

Tədbir çərçivəsində dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsullarının satışı həyata keçiriləcək.

Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, dəniz məhsulları (krevetkalar və s.) təqdim olunacaq.

Təklif ediləcək qiymətlərdən bəziləri:

* Xan balığı (1 kq) – 4 manat

* Sazan balığı (1 kq) – 5 manat

* Ağ amur (Belamur) balığı (1 kq) – 6 manat

Yarmarka çərçivəsində eyni zamanda kənd təsərrüfatı məhsullarının satışı da təşkil olunacaq.