Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bakıda balıq yarmarkası keçiriləcək

05 sen 2025, 10:59
Bakıda balıq yarmarkası keçiriləcək

Sentyabr ayının 12-13-14 tarixlərində Bakıda balıq yarmarkası keçiriləcək.

Bu barədə Liderxeber.az-a yarmarkanın təşkilatçıları məlumat verib.

Məlumata görə, bazar artıq yeni ünvanda paytaxtın Nəsimi rayonu Seyid Cəfər Pişəvəri 2A ünvanında  "Keşlə Balıq Bazarı" adı altında fəaliyyət göstərəcək. 

Yarmarkaya çıxarılan məhsullar digər bazarlara nisbətən daha ucuz qiymətə təklif ediləcək.

Bununla yanaşı yarmarkada dünyanın bir çox yerindən gətirilən o cümlədən Xəzər dənizindən tutulan balıq və digər dəniz məhullarının satışı həyata keçiriləcək. Burada alıcılara geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservalar, dəniz məhusulları (krivetkalar və. s) təklif ediləcək.

Xan balığı (1kq) - 4 man

Sazan balığı (1kq) - 5 man

Belamur balığı (1kq) - 6 man

Yarmarkada həmçinin kənd təsrrüfatı məhsullarının satışı da həyata keçiriləcək.
 
Hər kəsi balıq yarmarkasında iştirak etməyə dəvət edirik!

Ətraflı məlumat üçün: 070 233 02 63

 
Məlumat üçün bildirək ki, balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir.