Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycan bu ölkəyə meyvə-tərəvəz ixrac edəcək - Çinin ən böyük bazarı ilə razılaşma

04 sen 2025, 14:12
Azərbaycan bu ölkəyə meyvə-tərəvəz ixrac edəcək - Çinin ən böyük bazarı ilə razılaşma

Azərbaycanın şimal bölgəsində yerləşən, bir pəncərə sistemi ilə idarə olunan çoxfunksiyalı logistik hab olan "Food City Agrocomplex" ilə Çinin iri meyvə bazarı “Jiaxing Fruit Market” arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.

Liderxeber.az xəbər verir ki, əməkdaşlığın əsas məqsədi tərəflərin qarşılıqlı tərəfdaş kimi tanınması, Azərbaycan məhsullarının, xüsusilə də yaş meyvə və tərəvəzlərin Çinə ixracının təşviqi, eyni zamanda Çin məhsullarının Azərbaycan üzərindən Avropaya çıxışı üçün regional tranzit və multimodal daşıma imkanlarının yaradılmasıdır.

İmzalanan memorandum Azərbaycanın aqrar ixrac potensialının gücləndirilməsinə, məhsulların yeni bazarlara çıxışına, fermerlərin məhsullarının əlavə dəyər qazanmasına və ölkənin regional tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək

"Food City Agrocomplex"in 11.71 hektarlıq infrastrukturu: soyuducu anbarlar, terminal sahələri, çeşidləmə və qablaşdırma avadanlıqları, həmçinin gündəlik 24 test və 400-dən artıq analiz imkanı olan laboratoriyası məhsulların beynəlxalq bazarlara çıxışında dəyər zəncirinin formalaşmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır. Kompleksin illik 750,000 ton yükaşırma potensialı isə Azərbaycanın ixrac imkanlarını daha da genişləndirir.

Qeyd edək ki, “Jiaxing Fruit Market”in illik dövriyyəsi təxminən 10 milyard ABŞ dolları (17 milyard manat), illik məhsul satışı isə 4 milyon ton civarındadır. Yerli və beynəlxalq ticarət şirkətləri ilə istehsal mərkəzləri arasında mühüm mövqeyə malik olan şirkət həm daxili istehlak bazarında, həm də Avropa, Rusiya və digər Asiya ölkələrinə ixrac istiqamətində aparıcı oyunçulardan biridir.

Food City Agrocomplex, bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik hab olaraq, Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz üzərindəki unikal coğrafi üstünlüyündən strateji şəkildə faydalanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yanaşı, mərkəz yalnız yerli məhsulların ixrac potensialının artırılmasına deyil, həm də regional tranzit və multimodal daşımaların səmərəli idarə olunmasına xidmət edən beynəlxalq əməkdaşlıq platformalarının qurulmasını hədəfləyir.

Bu məqsədlə "Food City Agrocomplex" BƏƏ, Özbəkistan və digər ölkələrin aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirərək strateji tərəfdaşlıq imkanlarını müzakirə edir.