Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

"CARCAS" heyəti "Hacıqabul Quşçuluq" şirkətini ziyarət edib

02 sen 2025, 10:06
"CARCAS" heyəti "Hacıqabul Quşçuluq" şirkətini ziyarət edib

"CARCAS" - Xəzər Regionunun Aqrar Tədqiqatlar Mərkəzinin heyəti "Hacıqabul Quşçuluq" şirkətini ziyarət edib.

Müəssisənin Hacıqabulda yerləşən istehsal sahəsində keçirilən görüşdə "CARCAS" Müşahidə Şurasının sədri Rifat Sultan-zadə, Ekspertlər Şurasının üzvləri Elmar Əlizadə və Azad Kərimov, həmçinin "Hacıqabul Quşçuluq" şirkətinin icraçı direktoru Sərxan Sərxanov iştirak ediblər.

Müzakirələrin mərkəzində orqanik gübrə istehsalı və quş peyinindən biohumusun hazırlanması və istifadə olunması imkanları, üzvi kənd təsərrüfatı sahəsində birgə layihələrin icrası və imzalanmış mandat çərçivəsində tərəfdaşlığın genişləndirilməsi məsələləri olmuşdur.

Tərəflər qeyd ediblər ki, Azərbaycanda üzvi gübrələrin aktuallığı getdikcə artır. Ekoloji cəhətdən təmiz məhsullara tələbin artması, torpaqların münbitliyinin bərpası zərurəti və kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması üzrə qarşıya qoyulan vəzifələr üzvi gübrələrin istifadəsini ölkənin aqrar siyasətində əsas istiqamətlərdən birinə çevirir. Onların tətbiqi məhsuldarlığın artmasına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsinə və davamlı, ixracyönümlü üzvi əkinçiliyin inkişafına şərait yaradır.

Perspektiv planlar haqqında danışarkən "CARCAS" Mərkəzinin Müşahidə Şurasının sədri Rifat Sultan-zadə qeyd edib ki, "Mərkəz üçün regionun aparıcı müəssisələri ilə gücləri birləşdirmək son dərəcə vacibdir: ‘Hacıqabul Quşçuluq" ilə əməkdaşlıq davamlı aqrar inkişaf və ekoloji həllər üçün yeni üfüqlər yaradır".

Tərəflər üzvi gübrələr sahəsində əməkdaşlığı daha da genişləndirmək barəsində razılığa gəliblər.

"Hacıqabul Quşçuluq" Qafqaz regionunda toyuq yumurtası istehsalı üzrə lider mövqeyə hakimdir və tərəflərin əməkdaşlığı elmlə istehsalın uğurlu sintezinin nümunəsinə çevriləcək.