Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Rüstəm Əzimov “Yango Azərbaycan”da mətbuat katibi təyin olunub

10 avq 2025, 09:31
Rüstəm Əzimov “Yango Azərbaycan”da mətbuat katibi təyin olunub

“Yango Azərbaycan” şirkəti ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə yeni kadr dəyişikliyi həyata keçirib.
 
Liderxeber.az xəbər verir ki, jurnalist Rüstəm Əzimov şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə təyin olunub. Bu barədə o, şəxsi “Facebook” səhifəsində paylaşım edib.
 
Jurnalistika sahəsində 15 ildən artıq təcrübəyə malik Rüstəm Əzimov 2008–2025-ci illərdə 1news.az portalında fəaliyyət göstərib. 2019–2020-ci illərdə isə Report.az informasiya agentliyində redaktor vəzifəsində çalışıb.
 
Media sahəsindən əlavə, Əzimov “Şahdağ” futbol klubunun mətbuat katibi, 2018–2022-ci illərdə isə “Mini Futbol Liqası” layihəsinin meneceri olub.
 
O, həmçinin “Futbol üçün Dostluq” adlı beynəlxalq sosial layihədə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.