Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azera Holdinq və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

02 avq 2025, 13:49
Azera Holdinq və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azera Holdinq şirkətlər qrupu və Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək məqsədilə yeni addımlar atılır.

Liderxeber.az xəbər verir ki, Azera Holdinqin direktoru Akif Əliyev, həmçinin departament rəhbərlərinin, DGKA-nın rəisi Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə təşkil olunan görüşdə akademiyada təhsil alan tələbələrin praktiki bacarıqlarının holdinqdə inkişaf etdirilməsi ilə əlaqədar razılaşma əldə olunub. İclasda Azera Holdinqin direktoru Akif Əliyev qonaqları salamlayaraq, holdinqin çoxşaxəli fəaliyyəti, kadr hazırlığı və inkişaf strategiyası istiqamətində görülən işlər, B2B, B2C görüşlər, ölkə və dünya səviyyəli sərgilərdə fəal iştirakı barədə məlumat verib. Bildirib ki, eyni zamanda holdinq ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov da təhsil ocağının tədris prosesindən, beynəlxalq təcrübə proqramlarında iştirakından söz açaraq, əmək bazarında işə götürənlərlə akademiyanın qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb. Bu baxımdan Azera Holdinq ilə tərəfdaşlığın tələbələrin müxtəlif sahələrdə təcrübə proqramlarına cəlb olunmasına və peşəkar inkişafına mühüm dəstək verəcəyini qeyd edib. 

Tədbirin yekununda Azera Holdinq və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulub.