Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər

30 iyl 2025, 16:19
Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər

Coca-Cola Azərbaycan ölkənin aparıcı media nümayəndələri üçün İsmayıllı zavoduna media tur təşkil edib.

Tədbir çərçivəsində qonaqları “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin baş direktoru Rəna Məmmədova və digər rəhbər şəxslər qarşılayıblar. Media nümayəndələri Coca-Cola Azərbaycanın İsmayıllıda fəaliyyətə başlayan yeni zavodu, bu zavoda qoyulan yeni investisiyalar, müasir beynəlxalq standartlara cavab verən istehsal prosesi, dünya keyfiyyət və təhlükəsizlik standartlarının burada təmin edilməsi, zavodun fəaliyyətinin əhalinin məğulluğuna töhfə verməsi barədə məlumatlandırılıblar. 

Daha sonra media nümayəndələri zavod ərazisində istehsal prosesini yaxından izləyib, müəssisənin texnoloji imkanları ilə tanış olublar.

Qeyd edək ki, səfər Milli Mətbuat Günü ərəfəsinə təsadüf etdiyi üçün Coca-Cola əməkdaşları tərəfindən jurnalistlərin peşə bayramları təbrik edilib.

Xatırladaq ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində ölkə iqtisadiyyatına ümumilikdə 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən ikinci zavod isə 2025-cü il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 15 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edir. Zavodun ümumi investisiya dəyəri 80 milyon manatdır.