Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Satış böhranının kökündə nə dayanır? - Açıqlama

14 iyl 2025, 14:54
Satış böhranının kökündə nə dayanır? - Açıqlama

Azərbaycanda bir çox sahibkar satışların zəifliyindən şikayətlənir.

Amma unutmayaq: bazarda qalmaq, rəqiblərlə yarışmaq və müştərinin diqqətini cəlb etmək düzgün marketinqsiz mümkün deyil. Təəssüf ki, bu gün bir çox məhsul ya ümumiyyətlə tanınmır, ya da düzgün təqdim olunmadığı üçün satılmır.

Bəs əsl problem haradadır? Satış böhranından çıxış yolu varmı?

Bu sualları Gununsesi.info-ya açıqlamasında uzun illərdir PR və marketinq sahəsində çalışan, bir çox tanınmış brendin formalaşmasında iştirak etmiş Fly Media şirkətinin rəhbəri Abbasəli Hüseynov cavablandırdı.

– Azərbaycanda KOB-lar satışın azlığından narazıdır. Sizcə əsas problem nədədir?

Əsas problem odur ki, sahibkar məhsul və ya xidməti hazırlayır, amma onun tanıtımını düzgün planlaşdırmır. Marketinq ya ümumiyyətlə olmur, ya da “reklam qoydum, satış olmadı” düşüncəsi ilə bir dəfəlik həyata keçirilir. Halbuki marketinq bir prosesdir – sistemli və davamlı olmalıdır.

– Sahibkarlar marketinqə pul xərcləmək istəmirlər. Bu yanaşmanın səbəbi nədir?

Çünki marketinq nəticəsi dərhal görünmür. Amma bu, yanlış yanaşmadır. Ən böyük ziyan düzgün tanıtımın olmamasıdır. Bir çox sahibkar 3 min manatlıq cihaz alır, amma 300 manatlıq kontentə heyifsilənir. Halbuki o cihazın satışı məhz həmin kontentdən asılı ola bilər.

– Azərbaycanda ən çox edilən marketinq səhvləri hansılardır?

– Brendinqin olmaması (ad var, amma yadda qalmır)

– Düzgün hədəf kütlə seçilməməsi

– Sosial mediada “copy-paste” məzmunlar

– Ucuz kampaniya psixologiyası: “Endirim etdim, almadılar”

– Sosial media reklamları sahibkarlara nə qazandırır, nəyi qazandıra bilmir?

Düzgün qurulsa – çox şey qazandıra bilər. Amma problem ondadır ki, reklamın iki tərəfi var: texniki hissəsi (targeting, placement) və yaradıcı hissəsi (vizual, mesaj, çağırış – CTA). Bizdə çox vaxt yaradıcı tərəf unudulur. “Sadə bir vizual ver, sponsorlu et” – bu, qısaömürlü nəticə verir.

– Marketinqi daxildə komanda quraraq etmək daha doğrudur, yoxsa agentliklə işləmək?

Resursdan asılıdır. Kiçik bizneslər üçün agentliklə işləmək daha effektivdir. Amma böyük şirkətlərdə daxili komanda strateji baxımdan vacibdir. Əsas məsələ – işi bilən adamların olmasıdır.

– Regionlarda marketinq yanaşması ilə Bakıda yanaşma eyni olmalıdırmı?

Qətiyyən yox. Regionlarda daha emosional və sadə mesajlar effekt verir. Bakı isə daha çox vizual keyfiyyət və dəyər mərkəzlidir. Marketinq təkcə “kampaniya” deyil, həm də lokal mədəniyyəti anlamaqdır.

– Son olaraq, satış problemi yaşayan sahibkarlara nə demək istərdiniz?

Marketinq sadəcə reklam deyil – bu, biznesin görünən üzüdür. Əgər satışda problem varsa, “məhsulum niyə alınmır?” yox, əvvəlcə “məhsulum niyə tanınmır?” sualı verilməlidir. Sahibkarlar marketinqi yük kimi yox, yatırım kimi görsələr, nəticə mütləq olacaq.