Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Azərpoçt” Yaponiyada beynəlxalq əməkdaşlıq seminarında iştirak etdi

04 iyl 2025, 16:22
“Azərpoçt” Yaponiyada beynəlxalq əməkdaşlıq seminarında iştirak etdi

16-20 iyun 2025-ci il tarixində Yaponiyada “Poçt sektorunun inkişafı üzrə beynəlxalq əməkdaşlıq seminarı” keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə bir sıra ölkələrin milli poçt operator rəhbərləri, o cümlədən AZCON Holding şirkətlərindən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev iştirak edib.

Seminarın ilk günü Yaponiyanın dövlət rəsmilərinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi poçt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Yaponiya poçt xidmətləri təcrübəsinin paylaşılması və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub.

Poçt işinin təşkilinin əyani şəkildə öyrənilməsi məqsədilə iştirakçılar “Japan Post Rakuten” Logistika Mərkəzinə və “İçikava-Minami” Poçt şöbəsinə səfər edərək poçt logistikasının və çeşidləmə mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Eyni zamanda təşkil olunan ikitərəfli və çoxtərəfli görüşlərdə “Azərpoçt”un inkişaf tarixi və son dövrlərdə həyata keçirilən transformasiya prosesləri barədə iştirakçılara məlumat verilib.

Sözügedən görüşlərdə Yaponiya nümayəndələri, eləcə də iştirakçı ölkələrlə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci konqresində Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026 – 2029-cu illər üçün namizədliyinin irəli sürülməsi və Azərbaycana səs verilməsi istiqamətində təbliğat işləri aparılıb.