Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Ən çox hansı məhsullar bahalaşıb? - 5 illik statistika

24 iyn 2025, 14:36
Ən çox hansı məhsullar bahalaşıb? - 5 illik statistika

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ildə - yəni 2020-ci ilin may ayı ilə müqayisədə 2025-ci ilin may ayına olan istehlak qiymətlərinin dəyişimi 41,8% təşkil edib.

Liderxeber.az Media Təhlil Mərkəzinə (MTM) istinadən xəbər verir ki, son 5 ilin may aylarında qeydə alınan rəqəmlərə diqqət etsək, ən az qiymət artımı (0,3%) 2024-cü ildə qeydə alınıb.

2025-ci ilin may ayında istehlak qiymətləri 2024-cü ilin may ayına nisbətən 6,3% artıb. Bu da o deməkdir ki, son bir ildə ölkədə inflyasiya 6,3% təşkil edib.

Son 5 il may ayları üzrə ən çox qiymət artımı (13,7%) 2022-ci ildə qeydə alınıb.

Son bir ildə ən yüksək qiymət artımı qida məhsulları üzrə olub. Ötən ilin may ayından 2025-ci ilin may ayına kimi ölkədə qida məhsullarının qiymətində 8,1% artım müşahidə edilib.

Xatırladaq ki, 2024-cü ilin may ayında qida məhsullarında qeydə alınan göstərici 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,8% ucuz olub.

Ümumiyyətlə son 5 ildə qida məhsulları üzrə ən yüksək artım 2022-ci ildə qeydə alınıb və bu göstərici 21% təşkil edib.

Son bir ildə qeyri-qida məhsulları üzrə qiymətlər 2,7% artıb. Son 5 ildə ən yüksək qiymət artımı 2023-cü ildə (10,7%), ən az qiymət artımı isə ötən ilin may ayında (1%) olub.

2025-ci ilin may ayına olan göstəricilərə əsasən, ölkədə spirtli içkilərin qiyməti ötən ilin eyni dövrünə nisbətən 3%, tütün məmulatlarının qiyməti isə 2,6% artıb.

Son 5 ildə ölkədə ödənişli xidmətlərin qiymətlərində də hər il artım qeydə alınıb. Daha dəqiq desək, cari ilin may ayına olan göstəriciyə əsasən, ölkədə ödənişli xidmətlərin qiyməti 7,3% artıb. Ödənişli xidmətlərə misal olaraq nəqliyyat, kommunal, rabitə, səhiyyə və s. xidmətlərini göstərmək olar.

Son 5 ildə ölkədə ümumi inflyasiya göstəricisi 41,8% təşkil edib. Rəsmi statistikaya əsasən, bu dövrdə qiymət artımı müxtəlif kateqoriyalar üzrə fərqli səviyyələrdə müşahidə olunub.

Ən yüksək qiymət artımı qida məhsulları üzrə qeydə alınıb. Belə ki, 2020-ci ilin may ayından 2025-ci ilin may ayınadək qida məhsullarının qiymətlərində ümumilikdə 52,5%-lik artım baş verib.

Hesabat dövründə qeyri-qida məhsulları üzrə qiymət indeksləri 28,4% yüksəlib. Eyni dövr ərzində spirtli içkilərin qiyməti 18,5%, tütün məmulatlarının qiyməti isə 36,8% artıb.

Son 5 ildə ödənişli xidmətlər üzrə də nəzərəçarpacaq bahalaşma müşahidə olunub. Bu sahədə qiymətlər 40,1% artım göstərib.